“Pozuntulara yol verən seçki komissiyaları ciddi surətdə cəzalandırılacaq” – MƏZAHİR PƏNAHOV BU GECƏ İLKİN NƏTİCƏLƏRİN ELAN OLUNACAĞINI VƏD ETDİ – YENİLƏNİB – (1)

Məzahir PƏNAHOV: ” 33 Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran Kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan Seçki Dairələrindən çox ciddi müraciətlər daxil olub və bu müraciətlərin hər birini ciddi araşdıracağıq…”

Milli Məclisə seçkilərlə bağlı sosial şəbəkələrdəki bütün görüntülər ciddi araşdırılacaq.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisə (MM) keçirilən seçkilərlə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, kimin əlində görüntü varsa, MSK-ya təqdim etsin: “Hətta həmin videogörüntülərin surətini çıxarıb, qaytara bilərik. Bələdiyyə seçkiləri ilə müqayisədə parlament seçkiləri ilə bağlı araşdırma daha ciddi olacaq. Heç kimdə o səlahiyyət yoxdur ki, Azərbaycan ictimaiyyətinin gözləntilərinə kölgə salsın. MSK və aşağı seçki dairələri ictimaiyyətin tələblərinə cavab verməlidir. Ona görə də vətəndaşlar əlində olan bütün faktları MSK-nın aidiyyəti orqanlarına çatdırmalıdır”.

“Pozuntulara yol verən bütün aşağı seçki komissiyaları ciddi surətdə cəzalandırılacaq”-deyən M. Pənahov bildirib.

M. Pənahov deyib ki, belə pozuntulara yol verən seçki komissiyaları buraxılacaq: “Biz bununla bağlı qəti addımlar atacağıq. Seçki komissiyalarının səhv, xüsusən bilərəkdən səhv etməyə haqqı yoxdur. Hətta lazım gəlsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.

***

“Milli Məclisə seçkilərlə əlaqədar 3200 seçki məntəqəsindən, yəni məntəqələrin 62 faizindən protokollar daxil olub”.

Bunu da M. Pənahov bildirib.

MSK sədri bildirib ki, ənənəvi olaraq, məntəqələrin 75% faizindən seçkinin nəticələri ilə bağlı protokollar MSK-ya daxil olanda seçkinin ilkin nəticələrini açıqlayırlar.

M.Pənahov qeyd edib ki, seçki məntəqələrinin 10-12 faizindən də protokollar daxil olandan sonra MSK bu gecə Parlament seçkilərinin ilkin nəticələrini ictimaiyyətə çatdıracaq.

***

“Cəmiyyətdə yeniliklərə tələb var”-deyən M. Pənahov sonra bildirib ki, fəaliyyətlərini bu tələbə uyğun qurmağa çalışırlar:

“Bir məqamı da qeyd edim. 33 Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran Kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan Seçki Dairələrindən çox ciddi müraciətlər daxil olub. Ola bilsin ki, bu müraciətlərin əsası yoxdur. Amma biz bu müraciətlərin hər birini ciddi araşdıracağıq. Sabah da bizə hansısa başqa dairələrdən müraciətlər daxil olsa, gecikdirilmədən bu müraciətlər ciddi araşdırılacaq”.

Etikxeber.az

Read Previous

İsa Qəmbər də daxil olmaqla 6 deputatlığa namizəd-“19”-DA SEÇKİNİN LƏĞVİNİ TƏLƏB EDİRLƏR

Read Next

MSK ilkin nəticələri-AÇIQLADI, 7 DAİRƏDƏ QALİB MÜƏYYƏNLƏŞMƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir