Premyer Liqanın 13-cü turuna start veriləcək – BU GÜN

Noyabrın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək.

Etikxeber.az  xəbər verir ki, üç gün davam edəcək tur Qəbələ şəhər stadionunda “Qəbələ”–“Zirə” oyunu ilə başlayacaq.

Saat 15:00-da keçiriləcək görüşü Rəvan Həmzəzadə idarə edəcək.

Günün ikinci görüşü “ASCO Arena”da təşkil olunacaq. “Keşlə” klubu “Sumqayıt” komandasını qəbul edəcək. Saat 17:00-da oynanılacaq matça Səbuhi Bayramov hakimlik edəcək.

Turun üçüncü görüşü dekabrın 1-də oynanılacaq. “Səbail” “Neftçi”ni qonaq edəcək. “ASCO Arena” stadionunda Orxan Məmmədovun idarə edəcəyi oyun saat 15:00-da başlayacaq.

Turun son qarşılaşmasında “Sabah” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

On iki turdan sonra turnir cədvəlinə 27 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 21 xalı olan “Neftçi” ikinci, 19 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıb.

Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (17), “Zirə” (14), “Sabah” (13), “Səbail” (11) və “Qəbələ” (9) yer alıblar.

Etikxeber.az

Read Previous

“İslahatların ruhuna uyğun yenilənmiş parlamentə ehtiyac var” – AZAY QULİYEV

Read Next

Sabiq nazir Fəzail Ağamalının müavini oldu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir