Prezident Əfqanıstanın milli təhlükəsizlik müşavirini və Prezident Administrasiyasının rəhbəri ilə-NƏLƏRİ MÜZAKİRƏ ETDİ? – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohibi və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarı qəbul etdi.

Etikxeber.az xəbər verir ki, bu haqda AZƏRTAC məlumat yayıb.

***

Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohib Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Əfqanıstan Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Görüşdə Əfqanıstan Prezidentinin münaqişənin ilk günlərindən Azərbaycana verdiyi siyasi dəstək və Əfqanıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi yüksək qiymətləndirildi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunularaq əlaqələrimizin inkişafında əldə olunan nailiyyətlər qeyd edildi, əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Azərbaycan və Əfqanıstan prezidentlərinin şəxsi münasibətlərinin əlaqələrimizin inkişafında rolu xüsusi vurğulandı.

Söhbət zamanı münaqişənin bitməsinin regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında əhəmiyyəti qeyd edildi və bunun çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdığı bildirildi.

Görüşdə iqtisadi, təhlükəsizlik, investisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.

Söhbət zamanı Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi, Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakı ilə bağlı məsələlər də müzakirə edildi.

Milli təhlükəsizlik müşaviri Hamdullah Mohib Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin məktubunu dövlətimizin başçısına təqdim etdi.

Etikxeber.az

Read Previous

2021-ci il dövlət və icmal büdcəsinin layihələri Milli Məclisə-TƏQDİM OLUNDU – BÜDCƏDƏ NƏLƏR NƏZƏRDƏ TUTULUR?

Read Next

“Ayağımdan və bədənimdən ağır yaralandım…Dərin qəlpə yaraları vardı…Xəstəxanaya apardılar məni, ancaq müalicəni yarımçıq dayandırıb, axsaya-axsaya qayıtdım cəbhəyə…”-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ QAZİSİ BƏHRƏM ƏHMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir