Prezident əlcəzairli həmkarını təbrik etdi

Ölkə Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezident Əbdüləziz Buteflikaya təbrik göndərib.

Etikxeber.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdüləziz Buteflikaya

Hörmətli cənab Prezident,

Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, Azərbaycan ilə Əlcəzair arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına əmin-amanlıq və rifah diləyirəm”.

Etikxeber.az

 

Read Previous

Azərbaycanla ABŞ arasında müdafiə və terrorizmlə mübarizədə əməkdaşlıq müzakirə edildi

Read Next

Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Cəndəhar yoluna 7,1 milyon pul ayrıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir