Prezident xətaililərə yeni dərs ilə bağlı nə arzuladı? – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Xətai rayonundakı 261 nömrəli məktəb-liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

İlham Əliyev Bakının Xətai rayonundakı 58 nömrəli tam orta məktəbdə tikilmiş əlavə sinif otaqlarında yaradılan şəraitlə tanış olub.

prez-2

***

Dövlət başçısına məlumat verilib ki, məktəbdə yeni dərs ilində şagirdlərin tədris, təlim və tərbiyə işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür şərait yaradılıb.

Tədris ocağında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilin inkişaf etdirilməsi ilə bağlı gördükləri işləri əks etdirən fotostend qurulub. Bu il məktəb üçün 20 əlavə sinif otağı, 1 informatika və 3 fənn laboratoriyası inşa olunub. 576 şagird yerlik yeni sinif otaqlarında təlim-tərbiyə, tədris prosesinin yüksək səviyyədə həyata keçirilməsi üçün bütün şərait yaradılıb.

Diqqətə çatdırılıb ki, 58 nömrəli orta məktəbin binası 1926-cı ildə inşa edilib. 420 yerlik məktəbdə faktiki 900 şagird təhsil alırdı. Təbii ki, bu, sıxlığa səbəb olmaqla yanaşı, təhsilin keyfiyyətinə də təsirsiz ötüşmürdü. Məktəb üçün tikilən yeni sinif otaqları isə vəziyyəti kökündən dəyişəcək. Yeni tədris ilindən şagirdlər daha geniş və müasir təhsil tələblərinə cavab verən sinif otaqlarında dərs keçəcəklər. Kompyuter avadanlıqları ilə təchiz olunmuş siniflər, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da hazır vəziyyətə gətirilib.

Beləliklə, dövlətimizin başçısının məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı müəyyənləşdirdiyi strategiya nəticəsində ölkəmizdə güclü təhsil infrastrukturu formalaşıb. Milli dəyərlər üzərində qurulan təhsil modeli isə gənc nəslin nümunəvi vətəndaş kimi formalaşmasında mühüm rol oynayır.

Prezident  yeni dərs ilində kollektivə uğurlar arzulayıb.

Etikxeber.az

Read Previous

Qoşunların qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək

Read Next

Sabah hava necə olacaq?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir