Prezident 70 yaşı tamam olan Rəcəblini ordenlə təltif etdi – SƏRƏNCAM

Prezident İlham Əliyev  3 gün öncə 70 yaşı tamam olan Hadi Rəcəblinin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın məlumatına görə, H. Rəcəbli Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, Azərbaycanın tanınmış simalarından olan  Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olub. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən “Bakinskiy raboçiy” qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olub. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.

HADİ-HADİ

Yeni Azərbaycan Partiyası Siyasi Surasının üzvüdür.
On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2015-ci il noyabrın 7-də 74 saylı Lənkəran kənd seçki dairəsindən deputat seçilib. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədridir. Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çin, Azərbaycan-İran, Azərbaycan-Belarus, Azərbaycan-Koreya, Azərbaycan-Serbiya, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Siyasi elmlər doktoru, professordur. “ŞÖHRƏT” ordeni ilə təltif edilib. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
hadi-neve-aile
Evlidir, 4 övladı, 9 nəvəsi var…
Etikxeber.az

Read Previous

İSPANİYA MILLI KADIROVLARIN AXTARIŞINDA… – Zahid Oruc yazır

Read Next

Musa Qasımlı “Şöhrət”, Rauf Abdullayev isə “İstiqlal ” ordeni ilə təltif olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir