Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Özbəkistanın yeni Prezidenti Şavkat Mirziyoyev ölkə parlamentinin aşağı və yuxarı palataları – Ali Məclis və Senatın birgə iclasında təntənəli şəkildə and içərək vəzifəsinin icrasına başlayıb.
Etikxeber.az xəbər verir ki, iclasda Özbəkistan Hökumətinin və Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, yerli və xarici jurnalistlər iştirak ediblər.
MSK-nın sədri Mirzə-Uluqbek Abdusalomov birgə iclası açaraq dekabrın 4-də keçirilən prezident seçkilərində Şavkat Mirziyoyevin Özbəkistanın dövlət başçısı seçildiyini bildirib. O, prezident vəsiqəsini və şəhadətnaməni Şavkat Mirziyoyevə təqdim edib.
Sonra yeni seçilmiş Prezident Şavkat Mirziyoyev and içib, qarşıda duran vəzifələrlə bağlı geniş məruzə edib.
Etikxeber.az