Prezident Atambayevə başsağlığı verdi

Ölkə Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti  Almazbek Atambayevə başsağlığı verib.

Etikxeber.az-ın məlumatına görə, başsağlığında deyilir:

Hörmətli Almazbek Şarşenoviç,

Bişkek yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm.

Etikxeber.az

Read Previous

Qadın alveri ilə məşğul olan şəxs tutuldu – DİN

Read Next

DİN: Avaralıq və dilənçiliklə məşğul olan 29 nəfər saxlanılıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir