Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət etdi.
Etikxeber.az xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlət başçısı abidənin önünə əklil qoydu.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
***
Etikxeber.az