Prezident Azərbaycan kinematoqrafiyasının inkişafına dair Sərəncam imzaladı

Prezident İlham Əliyev mədəniyyətə dövlət qayğısının daha da artırılması, kino sənəti ənənələrinin yaşadılması və film istehsalı sahəsinin modernləşdirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncamda Mədəniyyət Nazirliyinə “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası” layihəsini üç müddətində hazırlamaq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla tapşırılıb.

Sərəncamın əsasən, dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 5,0 (beş) milyon manat ayrılıb.

Etikxeber.az

Read Previous

Qoy digər satqınlara da dərs olsun! – SAHİB ALIYEV

Read Next

“Bunu siz deməlisiniz…” – İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir