Prezident “Azərbaycan”çıları təltif etdi – SƏRƏNCAM(LAR)

Ölkə prezidenti İlham Əliyev “Azərbaycan” qəzetinin əməkdaşlarına “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında  Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə “Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşlarına “Əməkdar jurnalist” fəxri adı verilsin:

Cavadov Seyran Qubad oğlu

Əzizli Bəxtiyar Məhərrəm oğlu

Hüseynli İxtiyar Kərim oğlu

Quliyev Lazım Məmmədqulu oğlu.

Prezidentin digər Sərəncamı ilə “Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Cəfərov Rəşad İslam oğlu

İmanquliyev Bahadır Bəkir oğlu

Mütəllibov Rüstəm Kamal oğlu

Vəliyev Elçin Vaqif oğlu.

Etikxeber.az

Read Previous

Portuqaliya Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyini dəstəkləyə bilər… – FOTO

Read Next

Bakının işğaldan azad edilməsinin 100 ili tamam olur

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir