Prezident Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə-TANIŞ OLDU – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub.

Etikxeber.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına COP29 məkanının tədbirə hazırlıq vəziyyətinə gətirilməsi barədə məruzə etdi.

Eyni zamanda, dövlətimizin başçısına ümumilikdə bu tədbirlə bağlı stadionun 49 hektarlıq perimetrində Mavi Zona üzrə aparılan tikinti işləri, məkanların dizaynı, qonaqlar üçün müxtəlif xidmətlərin təşkili, paytaxtda nəqliyyat əməliyyatlarının hazırlığı, qonaqların yerləşdirilməsi prosesi və digər işlər barədə məlumat verildi.

Həmçinin 8 hektar ərazidə qurulan Yaşıl Zona ilə bağlı görülən işlər məruzə edildi.

Qeyd olundu ki, ölkəmizdə COP29-un yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülür, lazımi infrastruktur yaradılır.

Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.

Etikxeber.az

Read Previous

“Çalışan analar üçün bağça önəmlidir, ona görə də bağçalar COP29 ərəfəsində fəaliyyətini davam etdirəcək”-ELM VƏ TƏHSİL NAZİRİ

Read Next

Cənnətdəki dördüncü doğum günü, 31 yaşı tamam olan-HƏM LAÇINLI, HƏM DƏ BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ PƏRVİN ƏLİZADƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir