Prezident Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik hissəsinin açılışında – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak etdi.

Etikxeber.az  xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

Dövlətimizin başçısına Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-ci kilometrliyindən ayrılan Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolu barədə də məlumat verildi.

Sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

Etikxeber.az

 

Read Previous

“Onun içdən gələn qayğıkeş rəftarı insanı heyran etməyə bilməz…” – DEPUTAT

Read Next

“Azərbaycan tarixin heç bir dövründə bugünkü qədər müstəqil və güclü olmayıb” – SAHİBƏ QAFAROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir