Azərbaycan birgə fəaliyyət göstərməkdə maraqlıdır – PREZİDENT – YENİLƏNİB – (1) – FOTOLAR

Ölkə Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bakir Sadoviçin etimadnaməsini qəbul edib.

Etikxeber.az-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

 

prezidenttt

***

Dövlət başçısı bu gün həmçinin Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hamzat İbrahim, Monqolustanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bold Ravdan və Ekvatorial Qvineyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Esono Miça Akenqin etimadnamələrini qəbul edib.

***

Prezident Monqolustan səfirini qəbul edərkən, ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi və qeyd etdi ki, Azərbaycan tərəfi Monqolustan hökuməti ilə qarşılıqlı maraq doğuran sahələrdə – siyasi, iqtisadi, mədəni sahələrdə gələcəkdə də birgə fəaliyyət göstərməkdə maraqlıdır.

Monqolustan Prezidenti ilə bu yaxınlarda telefon danışığını məmnunluqla xatırladan  İlham Əliyev söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyini bildirdi və hər iki tərəfin bu vaxtadək dövlət başçıları və hökumətlər səviyyəsində fəal əlaqələrin olmamasını təəssüf hissi ilə qeyd etdiklərini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, bu baxımdan ölkələrimizin müxtəlif qurumları – parlamentlər, nazirliklər, biznes qrupları arasında və siyasi sahədə əlaqələrin həyata keçirilməsi önəmlidir və əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanlar var.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir, ilk növbədə, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın salamlarını dövlətimizin başçısına çatdırdı və onun da Azərbaycan Prezidenti ilə telefon danışığını məmnunluq hissi ilə xatırladığını vurğuladı. İkitərəfli münasibətlərin istənilən səviyyədə olmadığını bildirən səfir əməkdaşlığımızın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd etdi.

Görüşdə, eyni zamanda, idxal-ixrac, müdafiə sənayesi, sərmayə qoyuluşu, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.

monqollll

Etikxeber.az

Read Previous

“Real Madrid” La Liqada ardıcıl dörd səfər oyununda qalib gələ bilmədi…

Read Next

“Milli Məclisin deputatlarına müraciət etdim ki…” – RƏŞAD MƏCİD

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir