Prezident Çex Parlamentinin Deputatlar Palatasının sədrini qəbul etdi – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

çex -ilya

***

Dövlət başçısı Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd etdi.

Çex Respublikası Prezidentinin Azərbaycana səfərini xatırlayan Prezident İlham Əliyev parlamentlərarası əlaqələrin genişlənməsinin də münasibətlərin inkişafına töhfə verdiyini dedi.

Dövlət başçısı iqtisadi əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu bildirərək Çex Respublikası Hökuməti üzvlərinin də Azərbaycana uğurlu səfər etdiklərini dedi və iqtisadi, ticarət, investisiya sahələrində əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirdi.

Prezident İlham Əliyev Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli keçəcəyinə və əlaqələrimizin möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyi ifadə etdi.

Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçek Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Geniş nümayəndə heyəti ilə Azərbaycana səfər etdiklərini deyən Radek Vondraçek Çex Respublikası Parlamentində müxtəlif partiyaları təmsil edən Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərdiyini diqqətə çatdırdı.

O bildirdi ki, Çex Parlament nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədi ölkələrimiz arasında mövcud olan çox yaxşı münasibətlərin daha da inkişaf etdirilməsi işinə töhfə verməkdir. Radek Vondraçek Azərbaycanda müxtəlif sahələrdə aparılan köklü islahatların təqdir edildiyini, Çexiya investorları tərəfindən Azərbaycana böyük maraq göstərildiyini diqqətə çatdırdı.

Görüşdə Azərbaycan Respublikası ilə Çex Respublikası arasında münasibətlərin həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində uğurla inkişaf etdiyi vurğulandı və eyni zamanda, hökumətlərarası birgə komissiyanın işinin fəallaşdırılmasının vacibliyi qeyd olundu.

Dövlət başçısı Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çexiya Prezidentinə çatdırmağı xahiş etdi.

Etikxeber.az

Read Previous

“Sabitdir, təhlükəsizdir, terrordan uzaqdır…” – KOMİTƏ SƏDRİ – RƏY(LƏR)

Read Next

Heydər Əliyev Beynəlxalq Aeroportu Avropaliqanın finalı üçün xüsusi tədbirlər hazırlayıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir