Ölkə prezidenti İlham Əliyev millət vəkillərini təltif edib.
Etikxeber.az-ın xəbərinə görə, ölkə prezidenti bununla bağlı Sərəncam da imzalayıb.
Sərəncama əsasən, millət vəkilləri “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif ediliblər.
Qeyd edək ki, bununla bağlı təltif olunan millət vəkillərindən bir necəsi öz sosial şəbəkə hesablarında yazıblar.
Millət vəkili Hikmət Babaoğlu:
“Bu gün Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif edildim. Böyük minnətdarlıq və qürur hissi ilə bu qiymətli medalı qəbul edir, möhtərəm ,cənab Prezidentimizə bu mürəkkəb tarixi mərhələdə Milli Dövlətimizin qorunması kimi çətin və şərəfli işində uğurlar arzu edirəm ! Tanrı Prezidentimizi qorusun ! Tanrı xalqımızı qorusun !”
Millət vəkili Kamilə Əliyeva:
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yubiley medalı ilə təltif olundum. Buna görə Prezidentimə öz dərin təşəkkürümü bildirirəm”.
***
Millət vəkili Aydın Mirzəzadə də təltif edilən millət vəkilləri arasındadır.
O da həmkarları kimi, bu cür yüksək təltifə layiq görüldüyünə görə, dövlət başçısına minnətdarlığını ifadə edib.
Millət vəkili Eldəniz Səlimov öz növbəsində dövlət başçısına minnətdarlığını bildirib.
Qeyd edib ki, millət vəkillərinin belə bir medalla təltif olunmaları onların fəaliyyətinə verilən ən yüksək qiymətlərdən, ən ali dəyərlərdən biridir:
“Çox sevincliyəm, çox qürurluyam. AXC hər birimizin qürür mənbəyimiz, iftixar tariximizdir. Təsadüfi deyil ki, ötən il cənab prezidentin Sərəncamı ilə “Cümhuriyyət İli elan ediildi və bu Sərəncamdan irəli gələrək, mayın 27-də Cümhuriyyətimizin 100 illiyi, o cümlədən, sentyabrın 21-də Azərbaycan Parlamentinin 100 illiyi təntənəli şəkildə qeyd edildi. Bütün dünya bu əlamətdar günlərə, tədbirlərə şahdlik etdi.
Bu gün isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar ölkə prezidenti cənab İlham Əliyev tərəfindən yubiley medalı ilə təltif olundum. Sevincimin həddi-hüdudu yoxdur. Bu, həm Cümhuriyyətimizə, həm də bizlərə verilən böyük dəyərdir. Buna görə cənab prezidentə bir daha öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Var olsun, Allah qorusun!”
Kamil HƏMZƏOĞLU
Etikxeber.az