Prezident Fransada bir neçə şirkət rəhbəri ilə görüşdü – FOTOLAR – YENİLƏNİB – (1)

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Iveco France” şirkətinin prezidenti, “Iveco Global Bus”un rəhbəri Silvan Blez ilə görüşüb.

Etikxeber.az xəbər verir ki,  İlham Əliyev Parisdə  həmçinin, “Rothschild and Co” şirkətinin sədri Devid de Rotşild ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Rothschild and Co” şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulandı.

Devid de Rotşild babasının vaxtilə Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, onun da bu ənənəni davam etdirmək niyyətində olduğunu bildirdi.

***

fransa-aliyev-2

fransa-aliyev

fransa-aliyev-4

 İlham Əliyev iyulun 20-də eyni zamanda, Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb.

Prezident İlham Əliyev “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə ötən görüşləri xatırlatdı. Dövlətimizin başçısı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Thales İnternational” şirkəti arasında bu gün imzalanacaq beş sənədin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın “Thales International” şirkəti ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirdi, şirkətin ölkəmizdə etibar qazandığını vurğuladı.

Rafael Eskinazi Azərbaycan ilə “Thales International” şirkəti arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini dedi, bu əlaqələrin genişləndirilməsi üçün səylərin davam etdiriləcəyini bildirdi. O, əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlərin nəzərdən keçirildiyini qeyd etdi.

Görüşdə Azərbaycan ilə “Thales lnternational” şirkəti arasında uzun illərdir uğurlu əməkdaşlıq edildiyi məmnunluqla vurğulandı, müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı çox yaxşı nəticələrin əldə olunduğu bildirildi.

***

Prezidenti İlham Əliyevin Parisdə “CIFAL” qrupunun prezidenti Jil Remi ilə də görüşü olub.

Görüşdə Azərbaycan-Fransa işgüzar dairələrinin əməkdaşlığı, birgə layihələrin icrası, investisiya qoyuluşu məsələləri və digər sahələrdə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti həmçinin Parisdə “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler ilə görüşüb.

Fransanın Azərbaycanda fəaliyyət göstərən ən böyük şirkətlərindən biri olan “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler təmsil etdiyi qurumun ölkəmizdə nəqliyyat, inşaat, metro tikintisi sahələrində işləməkdə maraqlı olduğunu bildirib.

Prezident İlham Əliyev bunu yüksək qiymətləndirdi və əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

Bundan başqa, İlham Əliyev Parisdə Fransanın SADE şirkətinin prezidenti Patrik Lölo ilə görüşüb.

Görüşdə SADE şirkətinin Azərbaycanda “Ağıllı Şəhər” layihəsində və meliorasiya sahəsində fəaliyyətindən məmnunluq ifadə olundu. Patrik Lölo bildirdi ki, SADE Azərbaycanda fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir.

Prezident İlham Əliyev SADE şirkətinin Azərbaycanda fəaliyyətinin dəstəkləndiyini qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, meliorasiya sahəsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir.

Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olundu.

Etikxeber.az

Read Previous

Əliyev Daxili İşlər Nazirləri Şurasının iclasının iştirakçılarına məktub göndərdi

Read Next

Bu da sözsüz ki, narahatlıq doğurur… – MEHRİBAN ƏLİYEVA – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir