Prezident: “Fransa münaqişənin həllində həmsədr kimi fəal olmalıdır”- YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri Stefan Viskontini qəbul etdi.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

ATƏT-in Minsk qrupunun yeni həmsədri Stefan Viskonti Fransa Prezidenti Fransua Ollandın salamlarını dövlətimizin başçısına çatdırdı. 15 il bundan əvvəl Azərbaycana səfər etdiyini vurğulayan Stefan Viskonti ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin və əldə olunan nailiyyətlərin onda böyük təəssürat yaratdığını məmnunluqla qeyd etdi.

Prezident  Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasında Fransanın Minsk qrupunun həmsədri kimi bundan sonra da fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirdi. Münaqişənin artıq uzun illərdir ki, davam etdiyini vurğulayan dövlətimizin başçısı Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə öz həllini tapmasında ölkəmizin maraqlı olduğunu bir daha vurğuladı.

İlham Əliyev Prezident Fransua Ollandın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fransa Prezidentinə çatdırmağı xahiş etdi.

Etikxeber.az

 

Read Previous

Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin püşkü atıldı

Read Next

Oğul Əliyev Ata Əliyev haqda: “İşləmirdi, təqaüddə idi…” – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir