Prezident Horadizə 3 milyon manat ayırdı

Prezident İlham Əliyev Horadiz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın məlumatına görə, Sərəncama əsasən, Horadizdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 27 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Füzuli Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

Etikxeber.az

Read Previous

Prezident Neftçilər Xəstəxanası əməkdaşlarına “Tərəqqi” medalı verdi

Read Next

Sabah yağış yağacağı gözlənilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir