Prezident İƏT-in növbəti zirvə görüşündə iştirak edəcək

İran Prezidenti Həsən Ruhani fevralın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin liderlərinin zirvə görüşündə iştirak etmək üçün Pakistana yola düşəcək.

Etikxeber.az bildirir ki, İran Prezidentinin administrasiyasından verilən məlumata görə, H.Ruhani İslamabadda keçiriləcək zirvə görüşündə çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Zirvə görüşündə üzv dövlətlərin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə layihələrin hazırlanıb həyata keçirilməsi və perspektiv inkişaf məsələləri müzakirə ediləcək. Görüşün nəticəsi kimi İslamabad Bəyannaməsinin qəbul ediləcəyi də gözlənilir.

Xatırladaq ki, İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə arasında yaradılıb. SSRİ dağıldıqdan sonra iqtisadi əlaqələrini genişləndirməyə çalışan Orta Asiyanın keçmiş sovet respublikaları və Azərbaycan 1992-ci ildə bu təşkilata üzv oldular.

Təşkilat BMT yanında müşahidəçi statusuna malikdir.

Etikxeber.az

Read Previous

“Əsgər Murad Hüseynov hərbi hissələrdən birində xidmətdədir…” – Nazirlikdən təkzib

Read Next

Pekində “Transxəzər – Şərq-Qərb ticarət və tranzit dəhlizi” forumu keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir