Prezident İlham Əliyev Xocalı abidəsini-ZİYARƏT ETDİ – FOTOLAR – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev və  birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Xocalı abidəsini ziyarət edib.

Etikxeber.az-ın xəbərinə görə, abidənin ətrafında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülüb.

Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə soyqırımından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzüblər.

***

Etikxeber.az

Read Previous

Ayaz Mütəllibov dövlət və hökumət rəsmiləri ilə bir yerdə-XOCALI ABİDƏSİNİ ZİYARƏT ETDİ – FOTOLAR

Read Next

Sabiq nazir, “İstiqlal”çı deputat-İSGƏNDƏR HƏMİDOV DƏFN OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir