“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü təmin edilib…”-SPİKER

Bizim iclasımız ölkəmizin və tariximizin dönüş yaratdığı gün ərəfəsində keçirilir.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamenti tərəfindən Dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul edilib:

“Amma müstəqillik əldə etmək az idi, onu qoruyub saxlamaq əsas idi. Lakin yeni dövrün tələbləriylə ayaqlaşmayan siyasi rəhbərliyin olmadığı şəraitdə hər hansı inkişafdan söhbət gedə bilməzdi. Hərc-mərclik, hakimiyyət davası cəmiyyəti dağılma təhlükəsiylə üzləşdirmişdi. Fürsətdən istifadə edən erməni silahlıları da torpaqlarımızın işğalını gündən-günə genişləndirirdi. Bu zaman xalqımızı AXC-nin taleyi gözləyə bilərdi. Ancaq böyük siyasi lider Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı dağılmaqdan xilas etdi. Heydər Əliyev xilaskarlıq missiyasını o dövrdə məhz bu binada parlament sədri kimi başlamışdı. 4 ay parlament sədri olduğu müddətdə qanunverici orqanının nüfuzunu qaldırmışdı”.

Spiker qeyd edib ki, Prezident İlham Əliyev Ümummilli liderin siyasətini uğurla davam etdirir:

“Prezidentimizin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada daha böyük uğurlara imza atacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü təmin edilib”.

O, təklif edib ki, Prezident İlham Əliyevə və Mehriban Əliyevaya Milli Məclis adından müstəqilliyin bərpa olunduğu 18 Oktyabr münasibəti ilə bağlı təbrik məktubları imzalansın.

Təklif qəbul edilib.

Etikxeber.az

Read Previous

Şəhid Əli Rzayevin ailəsinin yaxın vaxtlarda mənzillə təminatı həyata keçiriləcək-ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ

Read Next

“Müstəqillik Günü haqqında” qanun layihəsi bütövlükdə-QƏBUL OLUNDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir