Prezident İmişlidə – FOTOLAR – YENİLƏNİB – (4)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfərə gəlib.

Etikxeber.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə mərhum  Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

imisli

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevə rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verdi.

***

imisli-yol

İlham Əliyev oktyabrın 22-də Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verdi.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

imisli-2

İlham Əliyev oktyabrın 22-də İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

imisli-3

İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı tədbirdə çıxış etdi.

Mərasimdən sonra iqtisadiyyat naziri Şahin Mustafayev və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə layihə çərçivəsində görülən işlər və qarşıda duran planlar barədə məlumat verdilər.

Dövlətimizin başçısı Araz çayının yeni qol-kanalının açılışını bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

***

imisli-asan

imisli-asan-1

İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Komplekslə tanışlıq zamanı Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdilər.

Prezident İlham Əliyev İmişli “ASAN xidmət” mərkəzini işə saldı.

***

imisli-baqca

İmişli rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası açılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.

Etikxeber.az

Read Previous

Bəzi şirkətlərimiz ilkin alıcılarını taparaq, müəyyən razılığa gəliblər… – NAZİR – FOTOLAR

Read Next

Rusiya, Özbəkistan və Qazaxıstan prezidentləri bir arada – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir