Prezident İmişlidə yol tikintisinə 6 milyon manat ayırıb – SƏRƏNCAM

Prezident İlham Əliyev iyulun 14-də “İmişli rayonunun İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, qırx min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Etikxeber.az

Read Previous

İndi də Trampın oğlunun adı atası ilə bağlı Rusiyayla işbirliyində hallanır…

Read Next

“Sevilya” “Lill” komandasının futbolçusu Sebastian Korçianı transfer etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir