“Azəri”, “Çıraq”, “Günəşli”də yeni layihələrlə bağlı danışıqlar davam edir- FOTOLAR – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

Görüşdə İstanbulda keçirilən və 60-dan çox ölkədən yüksək səviyyəli nümayəndənin qatıldığı 23-cü Dünya Enerji Konqresinin əhəmiyyəti vurğulandı. Bu mötəbər tədbirdə enerji məsələləri ilə bağlı mühüm mövzuların müzakirə ediləcəyi qeyd olundu. Azərbaycanda enerji, o cümlədən neft-qaz yataqlarının işlənilməsində yüksək texnologiyaların tətbiq olunduğu nəzərə alınaraq, bu sahədə dünya təcrübəsinin öyrənilməsi məqsədilə ölkəmizin Konqresə böyük maraq göstərdiyi vurğulandı.

Söhbət zamanı Azərbaycan ilə BP şirkəti arasında uğurlu əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edildi. Birgə layihələrin uğurla icra olunduğu, “Şahdəniz” layihəsi üzrə işlərin nəzərdə tutulduğu kimi davam etdirildiyi bildirildi. Həmçinin “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında yeni layihələrlə bağlı danışıqların uğurla aparıldığı qeyd edildi.

Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

***

İlham Əliyevin həmçinin, Venesuela Respublikasının Prezidenti Nikolas Maduro ilə görüşü olub.

***

Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu bildirildi. Azərbaycanın və Venesuelanın BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyi vurğulandı, Qoşulmama Hərəkatı çərçivəsində ölkələrimizin əməkdaşlığı qeyd edildi.

Dövlət başçıları ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğuladılar. İqtisadi münasibətlərin genişləndirilməsi üçün çox yaxşı potensialın olduğu bildirildi. Neft istehsalçısı və ixracatçısı olan Azərbaycanın və Venesuelanın OPEC və qeyri-OPEC dövlətləri ilə əlaqələrinin intensivləşdirilməsinin əhəmiyyəti qeyd olundu. Həmçinin müxtəlif sahələrə, o cümlədən energetika sahəsinə qarşılıqlı investisiyalar yatırılması üçün yaxşı imkanların olduğu bildirildi.

Söhbət zamanı turizm sahəsində əlaqələrin genişlənməsində viza rejiminin sadələşdirilməsinin yaxşı imkan yaradacağı diqqətə çatdırıldı. Turizm, mədəniyyət, kənd təsərrüfatı, maliyyə və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə müxtəlif səviyyəli qarşılıqlı səfərlərin gələcəkdə ölkələrimizin münasibətlərinin dərinləşməsi işinə xidmət edəcəyi vurğulandı. Neftin qiymətinin sabitləşdirilməsinin önəminə toxunularaq, bunun üçün OPEC və qeyri-OPEC dövlətləri arasında qarşılıqlı fəaliyyətin həyata keçirilməsinin əhəmiyyəti qeyd edildi.

maduro

Etikxeber.az

Read Previous

26 senyabr referendumu AŞPA Bürosu tərəfindən təsdiqləndi – DEPUTAT

Read Next

“Qısa zamanda ölkədə islahatların növbəti dalğasının şahidi olacağıq” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir