Prezident İlham Əliyev Əlişir Musayevin 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əlişir Veys oğlu Musayev 3 cü dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.
Qeyd edək ki, 70 yaşlı Ə. Musayev tibb elmləri doltoru, professordur.
O, məşhur “91-lər”dən, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvlərindəndir.
Etikxeber.az