Prezident Mingəçevirə 12 milyon ayırdı…

Prezident İlham Əliyev fevralın 7-də “Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Mingəçevir şəhərinin su təchizatı sisteminin yenidən qurulması işlərinin başa çatdırılması və kanalizasiya sisteminin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 12 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Etikxeber.az

Read Previous

Rəşad İsmayılov Azərbaycanın Qətərdəki səfiri oldu – SƏRƏNCAM

Read Next

YAP-ın qurultayı başladı – PREZİDENT ÇIXIŞ EDİR – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir