Prezident oktyabrın axırlarında Yaponiyaya səfər edəcək

Yaponiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata görə, Filippin Prezidenti Rodriqe Duterte oktyabrın 25-dən 27-dək bu Gündoğar ölkəyə rəsmi səfərə gələcək.

Etikxeber.az-ın KİV-lərə istinadən məlumatına görə, səfər çərçivəsində R.Duterteni İmperator Akihito qəbul edəcək və onun Baş nair Şinzo Abe ilə görüşü keçiriləcək.

XİN-in məlumatında deyilir: “Yaponiya hökuməti Filippin Prezidentinin səfərini səmimi qarşılayır və ümid edir ki, bu səfər Yaponiya ilə Filippin arasında dostluq əlaqələrini daha da möhkəmləndirəcək”.

Bu, Prezident R.Dutertenin Yaponiyaya ilk rəsmi səfəridir. Sentyabrda o, Baş nazir Şinzo Abe ilə Laosda, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammitində görüşüb.

Cari ilin mayında dövlət başçısı seçilən R.Duterte dünya ilderlərinin ünvanına kəskin ifadələr işlətməsi ilə məşhurlaşıb.

Filippin liderinin kobudluğuna səbəb kimi onun ölkədə narkoticarətlə mübarizədə tətbiq etdiyi üsulların beynəlxalq ictimaiyyət tərəfindən kəskin tənqidi göstərilir. Polisin məlumatına görə, R.Duterte hakimiyyətə gəldiyi gündən ölkədə narkoticarətlə əlaqədə şübhəli bilinən 2,4 min nəfər öldürülüb.

Etikxeber.az

Read Previous

Lətif Kərimovun anadan olmasının 110 İlliyinə həsr olunmuş sərgi açılacaq

Read Next

AŞPA bürosunda Lətif Hüseynovun namizədliyi təsdiqləndi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir