Prezident Pakistana səfərə gəlib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak etmək üçün fevralın 28-də Pakistan İslam Respublikasına səfərə gəlib.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, İslamabad şəhərinin Bənazir Bhutto beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçısını Pakistanın yüksək səviyyəli rəsmi şəxsləri qarşıladılar.

Sonra toplardan yaylım atəşi açıldı, Azərbaycanın və Pakistanın dövlət himnləri səsləndi.

Etikxeber.az

Read Previous

“Psixoloji yardımın göstərilməsi könüllülük, konfidensiallıq əsasında həyata keçirilir” – MUSA QULİYEV

Read Next

Şəhid atası:”Qəhrəman əsgərlərimiz oğlumun qisasını yerdə qoymayacaq” – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir