Prezident: “Qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır”

“Bizim gənc nəslimiz vətənpərvər olmalıdır, milli ruhda böyüməlidir”.

Etikxeber.az xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyev sentyabrın 15-də – Bilik günündə Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində çıxışı zamanı deyib.  Onun sözlərinə görə, burada da əlbəttə ki, müəllimlərdən çox şey asılıdır. O, deyib ki, gənclərin həm ailələrdə, həm məktəblərdə milli ruhda tərbiyə alması xüsusi əhəmiyyət daşıyır.

“Xüsusilə,  indiki şəraitdə ki, dünyada müxtəlif proseslər gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır, kütləvi informasiya vasitələri ilə müxtəlif təxribatlar ortaya atılır. Ona görə, Azərbaycan cəmiyyəti bundan sonra da çox möhkəm, milli, mənəvi dayaqlar əsasında inkişaf etməlidir. Bu gün bu, belədir. Bu gün bizim siyasətimizin təməlində milli maraqlarımız, milli dəyərlərimiz, Azərbaycan dəyərləri dayanır. Bu dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün hər şeydən üstün olmalıdır. Elə etməliyik ki, gələcək nəsil də bu istiqamətdə inkişaf etsin. Ona görə, vətənpərvərlik, Vətənə olan bağlılıq, milli mənəvi dəyərlər məktəblərdə mütləq geniş vüsət almalıdır, müəllimlər də bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Xüsusilə nəzərə alsaq ki, xalqımız çox istedadlı xalqdır, dünya xəzinəsinə çox böyük töhfələr veribdir, tarix boyu bizim görkəmli nümayəndələrimiz dünya üçün böyük işlər görmüşlər…“-deyə, ölkə başçısı sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Prezident birincilərlə şəkil çəkdirdi-“Bunu edənlər xarici qüvvələrdir”- YENİLƏNİB

Read Next

AZAL-dan xəbərdarlıq: Uçuş zamanı Samsung Galaxy Note 7 smartfonlarını istifadə etməyin və enerji şəbəkəsinə qoşmayın

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir