Prezident Quba ilə bağlı Sərəncam imzaladı…

Ölkə prezidenti İlham Əliyev Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında  Sərəncam imzalayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Quba rayonunda sosialyönümlü bir sıra mühüm layihələr həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, “ASAN Həyat” Kompleksi, Quba Soyqırımı Memorial Kompleksi, Bayraq və Tarix-Diyarşünaslıq muzeyləri, Yaşıl Teatr, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 118 mənzilli 4 yaşayış binası inşa edilmiş, ən müasir tələblərə cavab verən turizm obyektləri, 64 ümumtəhsil məktəbi istifadəyə verilmişdir. Bununla yanaşı, Quba şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, ümumi gücü 105 MVt olan “Şahdağ” Elektrik Stansiyası istismara verilmiş, xalçaçılıq müəssisəsi, “ABAD Factory” kompleksi, “Qubaekoaqrar” MMC-nin meyvə emalı müəssisəsi yaradılmış, 18 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Quba şəhərində istismar müddəti başa çatmış 5 birmərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. Quba şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Etikxeber.az

 

Read Previous

“Neftin qiyməti qalxdı, əllər tez soyudu, belə olmaz…” – VAHİD ƏHMƏDOV – FOTOLAR

Read Next

Yaqland Hüseynova nə cavab verdi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir