Prezident Rəfsəncani ilə bağlı Ruhaniyə başsağlığı verdi

Ölkə Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

Etikxeber.az-ın məlumatına görə, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

İran İslam Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

İran İslam İnqilabının qələbə çalmasında fəal iştirak etmiş Əli Əkbər Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük töhfə vermişdir. Onun əziz xatirəsi daim yaşayacaqdır.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

Etikxeber.az

Read Previous

Müdafiə nazirinin qardaşı dünyasını dəyişdi

Read Next

Korrupsiya üzrə Komissiya:79 faiz korrupsiyanı cəmiyyətimizin üzləşdiyi əsas problemlərdən hesab etmir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir