Prezident Ruhaniyə başsağlığı verdi

Ölkə Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib.

Etikxeber.az-ın məlumatına görə, başsağlığında deyilir:

Hörmətli cənab Prezident,

Tehranda çoxmərtəbəli binanın çökməsi nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

Etikxeber.az

Read Previous

Kollina FIFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olundu

Read Next

Şaxta olacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir