Prezident Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul etdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Rusiya Müdafiə nazirinin birinci müavini ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıda səfərdə olan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Rusiya Müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

Etikxeber.az xəbər verir ki, görüşdə beynəlxalq səviyyədə mühüm danışıqların mütəmadi olaraq Bakıda aparılmasının əhəmiyyəti qeyd edildi.

russs

Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olundu.

Görüşdə hərbi və hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparıldı.

Etikxeber.az

Read Previous

“Adam var ki, yaşı azdır, özü qocadır” – AKADEMİKDƏN YAŞ MƏSƏLƏSİNƏ ETİRAZ

Read Next

“100 ildən sonra qadınlarımız yenidən çadraya bürünərək radikal dini cərəyanların təsirilə cəhalətə yuvarlanmaqdadır” – ÜLKƏR ABDULLAYEVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir