Prezident Şəki ilə bağlı Sərəncam imzaladı…

Şəki rayonunun Çayqaraqoyunlu–Turan–Cəyirli–Qozlubulaq–Sarıca–Qayabaşı–Bolludərə–Qaratorpaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

1. On bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu–Turan–Cəyirli–Qozlubulaq–Sarıca–Qayabaşı–Bolludərə–Qaratorpaq avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,08 milyon (iyirmi milyon səksən min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Etikxeber.az

 

Read Previous

XİN daha üç jurnalisti “qara siyahı”sına saldı

Read Next

Akademiklərimiz 2 min manat maaş alacaqlar – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir