Prezident Saatlıya 700 min manat vəsait ayırdı…

Prezident İlham Əliyev Saatlı rayonunun Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında  Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncamda deyilir:

saatli

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 700 (yeddi yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Etikxeber.az

Read Previous

İctimai rezonansa səbəb olan cinayətləri törədən şəxslər ifşa olunub – BAŞ PROKUROR – YENİLƏNİB (1)

Read Next

Məmmədyarov dünya şahmat tacı uğrunda yarışacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir