Prezident sabiq icra başçısı və XALQ ARTİSTİNİ-TƏLTİF ETDİ – SƏRƏNCAMLAR

Prezidenti İlham Əliyev sabiq icra başçısı Mirdaməd Sadıqovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirdaməd Mirsadıq oğlu Sadıqov “Şöhrət” ordeni ilə təltif edilsin.

Prezidentin digər Sərəncamı ilə Xalq artisti Canəl Əkbərov “Əmək” ordeni ilə təltif olunub.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Canəli Xanəli oğlu Əkbərov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, sabah C. Əkbərovun 80 yaşı tamam olur.

Etikxeber.az

Read Previous

NEFT BAZARINDA NƏ BAŞ VERİR? – Tahir Mirkişili yazdı

Read Next

3 YAP-çı deputat-HÜSEYNOVA VƏ MƏMMƏDOVLAR VƏZİFƏLƏRİNDƏN GETDİLƏR – SƏRƏNCAMLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir