Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
94 saylı Bərdə Seçki Dairəsindən deputatlığa namizəd Zahid Oruc Bərdədə şəhid Aqşin Həsənovun ailəsinə baş çəkib.
Etikxeber.az xəbər verir ki, Z. Oruc şəhidin ailə üzvləri ilə söhbət edib, qayğıları ilə maraqlanıb.
Kəşfiyyatçı, xüsusi təyinatlı hərbçi kimi şəhidin döyüş yolundan şərəflə bəhs edilib.
Qeyd edək ki, Z. Oruc 2000-ci ildən, 2-ci çağırışdan Bərdəni parlamentdə təmsil edən iki millət vəkilindən biridir.
O, növbəti-5-ci dəfə seçkilərə qatılıb.
MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədridir.
2013 və 2018-ci illərdə prezidentliyə namizədlərdən, sonuncu seçkilərdə isə yarışın ikincisi olub.
Parlamentdə və mediada ən çox fəallığı ilə seçilən deputatlardandır.
Ailəlidir, iki övladı var və hazırda xaricdə təhsil alırlar.
***
Z.Oruc həmçinin, şəhid Bayramov Qabil Əli oğlunun anası ilə görüşüb.
“Bu torpaq uğrunda can qurban edənlərə görə tarixin səhnəsində yerini aldı. UNUTMAYACAĞIQ!”
Bunu isə Z. Oruc qeyd edib.
Etikxeber.az