Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Noyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Prezident təqaüdçüsü olan istedadlı gənc ifaçılar konsert proqramı ilə çıxış edəcəklər.
Nazirlikdən Etikxeber.az-a bildirilib ki, Beynəlxalq Muğam Mərkəzində baş tutacaq konsert “Multikulturalizm ili” çərçivəsində reallaşacaq. Konsertdə Azərbaycan bəstəkarları ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət olunacaq.
Qeyd edək ki, Prezident təqaüdçüləri olan musiqiçilərin respublikada tanınması və gənc nəsildə bədii-estetik zövqün formalaşması məqsədilə təşkil edilən layihə mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən paytaxt və bölgələrdə həyata keçirilir. Layihə çərçivəsində bu ilin mayında ilk konsert Gəncədə, sentyabr ayında isə Biləsuvar şəhərlərində gerçəkləşib.
Etikxeber.az