Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Noyabrın 28-də Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Prezident təqaüdçüsü olan istedadlı gənc ifaçılar konsert proqramı ilə çıxış ediblər.
Etikxeber.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən konsert proqramı “Multikulturalizm ili” çərçivəsində baş tutub. Konsertdə C.Lombaridze, Q.Faure, P.Venyavski, P.Çaykovski, A.Tsfasman, C.Rossini, H.Rzayev, C.Cahangirov, B.Bartok və başqa Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Konsertdə təqdim olunan kompozisiyalar maraqla qarşılanıb.
Qeyd edək ki, Prezident təqaüdçüləri olan musiqiçilərin respublikada tanınması və gənc nəsildə bədii-estetik zövqün formalaşması məqsədilə təşkil olunmuş layihə mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən paytaxt və bölgələrdə həyata keçirilir.
Layihə çərçivəsində ilk konsert bu ilin mayında Gəncə, sentyabr ayında isə Biləsuvar şəhərlərində gerçəkləşib.
Etikxeber.az