“Azərbaycan və Türkiyə dövlət başçılarının liderliyi ilə ölkələrimiz bir çox mühüm layihələr həyata keçirib və əməkdaşlığımız genişlənir…”-ALPARSLAN BAYRAKTAR – FOTOLAR – YENİLƏNİB – (2)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

12:47

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri qəbul edib.

13:12

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.

Görüşdə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin önəmi qeyd edildi.

Dövlətimizin başçısı 1996-cı il iyunun 4-də “Şahdəniz” yatağına dair Sazişin imzalandığını xatırlayaraq, məhz bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalanmasının böyük önəm daşıdığını dedi.

Alparslan Bayraktar qeyd etdi ki, Azərbaycan və Türkiyə dövlət başçılarının liderliyi ilə ölkələrimiz bir çox mühüm layihələr həyata keçirib və əməkdaşlığımız genişlənir. O, xüsusilə enerji sahəsinə toxunaraq, Türkiyə Petrolları (TPAO), BOTAŞ və SOCAR-ın əməkdaşlığının həm Türkiyənin daxili bazarı, həm də sənayesinin inkişafı üçün əhəmiyyətini vurğuladı. Qonaq SOCAR-ın Türkiyədə böyük sərmayədar olduğunu deyərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qardaş ölkədəki fəaliyyətini məmnunluq hissi ilə qeyd etdi. O, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna toxundu.

Alparslan Bayraktar ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişafa nail olduğunu deyərək, Azərbaycanın enerji, o cümlədən bərpaolunan enerji sahəsində də uğurlar qazandığını qeyd etdi, ölkələrimizin bu istiqamətdə əməkdaşlığının bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi.

Qonaq Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə ötən il Naxçıvanda Azərbaycanda və Türkiyədə bərpaolunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının və İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulmasının önəmini bir daha qeyd etdi və bu layihənin 2024-cü ildə yekunlaşacağına ümidvar olduğunu dedi.

Dövlətimizin başçısı Türkiyə Prezidentinin bugünkü tədbirlə bağlı məktubuna görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulmasından qısa müddət sonra Naxçıvanda boru kəmərinin hazır vəziyyətdə olacağını məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı bu layihənin Naxçıvanın elektrik enerjisi istehsalı və təbii qazla təchizatı baxımından çox önəmli layihə olduğunu dedi.

Enerji sahəsində əməkdaşlığımızın geniş gündəliyə malik olduğunu qeyd edən Azərbaycan Prezidenti bu gündəliyin təbii qaz, neft, bərpaolunan enerji növləri, Türk Petrollarının SOCAR ilə birlikdə başqa ölkələrdə birgə fəaliyyəti və digər sahələri əhatə etdiyini vurğuladı.

Ölkələrimiz arasında enerji sahəsində nəhəng layihələrin həyata keçirildiyini deyən dövlətimizin başçısı Azərbaycan-Türkiyə birliyinin bütün sahələrdə olduğu kimi, enerji məsələsində də özünü göstərdiyini qeyd etdi.

Prezident İlham Əliyev hazırda Azərbaycan təbii qazının Türkiyə də daxil olmaqla, 8 ölkəyə ixrac edilməsinin əhəmiyyətinə toxundu və bu sahədə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirdi.

18:15

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri qəbul edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd edərək, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın bu ilin əvvəlində Azərbaycana rəsmi səfərinin əhəmiyyətinə toxundu. Prezident İlham Əliyev bu gün Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulmasını dostluq və qardaşlıq münasibətlərimizin nümayişi kimi dəyərləndirdi. Dövlətimizin başçısı təməlqoyma mərasiminin iyunun 4-də keçirilməsinin rəmzi xarakter daşıdığını deyərək, məhz 1996-cı ilin bu günündə “Şahdəniz” yatağına dair sazişin imzalandığı qeyd etdi. Azərbaycan Prezidenti günəş və külək stansiyalarının təməlinin qoyulmasının təkcə enerji sahəsində deyil, ümumilikdə, ölkəmizin inkişafında yeni bir mərhələ olacağına əminliyini bildirdi.

Dövlətimizin başçısı əməkdaşlığımızın genişlənməsində şəxsən Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın və Birləşmiş Ərəb Əmirlikləri Hökumətinin verdiyi töhfəni yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev bərpaolunan enerji sahəsində Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla əməkdaşlıq etməsinin önəmini vurğuladı, qazıntı yanacağı layihələri və COP29 ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Azərbaycan Prezidenti bütün bunların ölkələrimiz arasında güclü tərəfdaşlıq işinə xidmət etdiyini və dostluq əlaqələrimizin göstəricisi olduğunu dedi.

Sultan Əhməd Əl-Cabir Bakıya səfərindən, 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərində iştirak və burada çıxış etməsindən, həmçinin təməlqoyma mərasimində iştirakından böyük məmnunluq hissi keçirdiyini vurğuladı.

Qonaq qeyd etdi ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti həmişə bildirir ki, o, ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrini daha da möhkləmləndirmək əzmindədir. Sultan Əhməd Əl-Cabir ölkəsinin daim Azərbaycan ilə bir yerdə olacağını dedi.

Etikxeber.az

Read Previous

“Biz inkişafda olan kiçik ada dövlətləri ilə də fəal işləyirik…Biz onları dəstəkləmək üçün xüsusi fond yaratmağı planlaşdırırıq…”- İlham Əliyev 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin-AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Bakıda 38, bölgələrdə 40 dərəcə isti olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir