Prezident və Baş nazir-NƏDƏN DANIŞDI? – FOTO

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Gürcüstanın Baş naziri Giorgi Qaxariya ilə görüşü oldu.

Etikxeber.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu.

Ölkələrimizin iştirakı ilə qlobal və regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinin önəmi vurğulandı. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə toxunuldu.

Bildirildi ki, yanvarın 21-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya üçün yeni baxış – dayanıqlı inkişaf üçün tərəfdaşlıq” mövzusunda keçirilən iclasda bu layihənin önəmi qeyd edilib və onun yeni əməkdaşlıq formatının yaradılmasında xüsusi rolu vurğulandı.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

Jalə Əliyeva şəhid Vüqar Abdullayev və Nurlan Adbullazadənin ailəsinə-BAŞ ÇƏKDİ – FOTOLAR

Read Next

Jalə Əliyevadan-İZDİHAMLI VƏ COŞQULU GÖRÜŞLƏR, SEÇİCİLƏRİNDƏN MİNNƏTDARLIQ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir