Prezident “Xocalı” abidəsini ziyarət etdi – YENİLƏNİB – (1) – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib. 

xocali-anim-1

xocali-25 il

Etikxeber.az-ın məlumatına görə, Prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

***

xocali-anim

Birinci vitse-prezident Mehriban Əliyeva, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev abidənin önünə gül dəstələri qoyublar.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.

Etikxeber.az

Read Previous

Ərizələrin əksəriyyəti yol qəzalarına aid müraciətlərdir – ƏFV KOMİSSİYASININ ÜZVÜ

Read Next

Avropa Parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir