Prezidentdən Xəzərdə baş vermiş faciə ilə Zakir Qaralova TAPŞIRIQ

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında  Sərəncam imzalayıb.

Etikxeber.az-ın məlumatına görə, Sərəncamda deyilir:

2016-cı il dekabrın 15-də Xəzər dənizində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində baş vermiş hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti baş vermiş hadisə zamanı itkin düşənlərin axtarışı və xilasetmə işlərinin sürətləndirilməsini təmin etsinlər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti hadisə nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti:

3.1. hadisə nəticəsində “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinə dəymiş zərəri və məntəqənin yararlılıq vəziyyətini müəyyənləşdirsin;

3.2. hadisənin nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirsin;

3.3. tabeliyində olan müəssisələrdə obyektlərin və qurğuların texniki təhlükəsizlik norma və qaydalarının tələblərinə uyğun istismar edilməsi və onların təhlükəsiz istismarı müddətlərinə riayət olunması vəziyyətini araşdırsın və aşkar edilmiş nöqsanları aradan qaldırsın.

4. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, baş vermiş hadisənin səbəblərinin araşdırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirsin.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Etikxeber.az

Read Previous

Əliyev Həştərxanın qubernatoru ilə nədən danışdı? – “Moskvada ticarət numayəndəliyi açılacaq” – YENİLƏNİB

Read Next

Dolların dekabrın 19-na olan məzənnəsi açıqlanıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir