Prezidentdən təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında-SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə qərara alıram:

1. Respublika ərazisində modul tipli məktəblərin (siyahı əlavə olunur) quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 630 149 000,0 (altı yüz otuz milyon yüz qırx doqquz min) manatının bölgüsü”nün 1.9.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş 7,0 (yeddi) milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Etikxeber.az

Read Previous

“Söhbət ondan getmir ki, biz mütləq hamıya pul paylamalıyıq, biz ehtiyacı olanlara vəsait vermək istəyirik… Bu pul kartda bloklanıbsa, bu, artıq başqa istiqamətlərə istifadə olunacaq…”-PREZİDENTİN KÖMƏKÇİSİ – METRO AÇILACAQMI, TOYLARA İCAZƏ VERİLƏCƏKMİ? – YENİLƏNİB – (3)

Read Next

Yoluxmada növbəti azalama-100-ə yaxınlaşdı – DAHA 5 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir