Prezidentdən Xaçmazla bağlı növbəti-SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev martın 31-də “Xaçmaz rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Xaçmaz rayonunun əhalisi 13400 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Etikxeber.az

Read Previous

“İllər boyu baş vermiş soqırım nəticəsində həlak olmuş azərbaycanlıların ümumi sayı 500 min nəfərdən çoxdur…”-VİTSE-SPİKER

Read Next

SEPARATÇILAR “SEÇKİNİ” NİYƏ TƏXİRƏ SALMADILAR?-Politoloq yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir