Prezidentdən Zahid Orucla bağlı önəmli qərar – SƏRƏNCAM

Azərbaycan prezidenti İlham Əliyev Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Etikxeber.az-ın məlumatına görə, sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, fevralın 8-də dövlət başçısı Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb. Mərkəzin yaradılmasında əsas məqsəd ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirməkdir.

zahid-3

Sosial Tədqiqatlar Mərkəzi publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək və ictimai münasibətlərin inkişaf dinamikasının sistemli təhlilini aparacaq, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirəcək və dəyişiklikləri proqnozlaşdıracaq, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıracaq, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edəcək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edəcək.

Qeyd edək ki, Zahid Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub.

Orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub və 1994-cü ildə ali təhsilini əla qiymətlərlə başa vurub.

1999-2000-ci illərdə “Ana Vətən” qəzetinin baş redaktoru vəzifəsini daşıyıb.

Zahid Oruc 1990-cı ildən başlayaraq Azərbaycanda genişlənən xalq hərəkatı və milli azadlıq mübarizəsinə yaxından qoşularaq aktiv tələbə təşkilatlarının rəhbərlərindən biri kimi tanınıb.

1992-ci ildə fəal siyasi həyatını davam etdirərək Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini seçilib.

2001, 2005 və 2010-cu illərdə 93 saylı, 2010-cu ildə 94 saylı Bərdə şəhər seçki dairəsindən II, III ,IV çağırış və beşinci Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür.

12 avqust 2013-cü ildə müstəqil qaydada öz təşəbbüsü ilə Azərbaycan Respublikası prezidentliyinə namizədliyini irəli sürərək sənədlərini MSK-ya təqdim edib və bununla da təmsil etdiyi Ana Vətən Partiyasının sıralarını tərk edib.

Eyni zamanda, 2018-ci ildə prezident seçkilərində prezidentliyə namizədlərdən biri olub.

Dövri mətbuatda geopolitikaya, regional və beynəlxalq siyasətə dair, o cümlədən, Azərbaycanın dövlət və ictimai həyatı ilə bağlı ardıcıl məqalələrlə çıxış edir.

Ehtiyatda olan zabitdir. Rus, türk və ingilis dillərini bilir.

Ailəlidir, 2 övladı var

Etikxeber.az

 

Read Previous

Daha iki hərbçi general oldu – SƏRƏNCAM

Read Next

Millət vəkilləri kitabdan, bahalaşmadan, kreditlərdən, Zahid Orucdan danışdı – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir