Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Avropa Xalq Partiyasının nümayəndə heyətini qəbul edib.
Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
***
Avropa Xalq Partiyasının böyük nümayəndə heyəti ilə Azərbaycana səfərindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkəmizin müvafiq strukturları ilə Avropa Xalq Partiyası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı.
Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan bir gündə ölkəmizə səfərini yaxın tərəfdaşlıq əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Dövlət başçısı əməkdaşlığımızın bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirdi.
Dörd il bundan əvvəl Bakıya səfər etdiyini vurğulayan Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti və Genişlənmə Komitəsinin sədri David Mario ötən dövr ərzində paytaxtda böyük dəyişikliklərin şahidi olduğunu və həyata keçirilən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi.
David Mario bu gün səhər artıq bir neçə seçki məntəqəsində müşahidələr apardıqlarını dedi və gün ərzində Bakıda və ölkəmizin müxtəlif regionlarında müşahidələrini davam etdirəcəklərini bildirdi. Azərbaycan üçün əsas məsələlərdən biri olan Ermənistan-Azərbaycan münaqişəsinə toxunan qonaq ötən səfərində nümayəndə heyəti ilə birlikdə cəbhə bölgəsində olduğunu xatırladı və Avropa Xalq Partiyasının nümayəndələri olaraq münaqişə ilə bağlı əsl həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması işinə töhfə verə biləcəklərini vurğuladı.
O, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan konstruktiv mövqeyini dəstəklədiklərini bildirdi.
Etikxeber.az