“Prezidentimiz bir daha göstərdi ki, daim Azərbaycan insanını düşünür…” – MİLLƏT VƏKİLİ

Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman, xüsusilə, son-17 illik hakimiyyəti dönəmində daim Azərbaycan xalqının, Azərbaycan vətəndaşının, Azərbaycan insanının yanında olub, onun naminə fəaliyyət, xidmət göstərib. O, daim Azərbaycan xalqının, Azərbaycan insanının maraq və mənafeyindən çıxış edib. Heç zaman məmurları, yetkililəri vətəndaşından, insanından üstün tutmayıb, əksinə onları-vəzifəli, imkanlı şəxsləri, iş, biznes adamlarını Azərbaycan xalqına daha ürəklə və daha həssaslıqla xidmət etməyə, qulluq göstərməyə çağırıb, səsləyib. Dünən bir daha biz bunun əyani şahidi olduq. Goranboy rayonuna səfəri, rayon Mərkəzi Xəstəxanasının açılışı zamanı bir daha əsl liderlik, əsl insanlıq və əsl vətəndaşlıq mövqeyini nümayiş etdirdi.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

“Dünyanı başına götürən və lərzəyə salan koronavirusun önləməsi ilə bağlı Azərbaycanda ciddi tədbirlərin görüldüyünü, addımların atıldığını, vəziyyətin nəzarətdə saxlanıldığını, qorxulu hal olmadığını bildirdi. Eyni zamanda, bəzilərinin bu məsələdən sui-istifadə edib, gərginlik, təşviş, qoruyucu maskalarla bağlı süni qiymət artımı yaratmaqda ittiham etdi və belə halın davam edəcəyi təqdirdə, daha kəskin addımların atılacağını, onların tapılıb cəzalandırılacağını bildirdi. Bununla yanaşı, bir daha əminliklə və qətiyyətliliklə Azərbaycan xalqının, Azərbaycan insanın təhlükəsizliyinin, sağlamlığının təmin olunması və qorunması üçün bütün addımların atıldığını və atılacağını bəyan etdi. Bu mövqeyinə, bu iradəsinə görə, bir daha cənab Prezidentə öz adımdan və seçicilərimin adından dərin təşəkkür və minnətdarlığımı idafə edir, Allah Sizi, Azərbaycanımızı qorusun deyirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“…Dedi ki, “canik, sağsan?”, dedim ki, “bu nə sözdür səhər tezdən”, dedi ki, “aç, internetə bax, ölüm xəbərin yayılıb…” – CAVAN ZEYNALLI

Read Next

BŞİH Konstitusiya Məhkəməsi qarşısında-PİKETƏ İCAZƏ VERMƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir