“Prezidentimiz yenidən tarix yazdı…” – KAMİLƏ ƏLİYEVA

Müstəqil Azərbaycan dövləti, müstəqil Azərbaycan diplomatiyası son günlər yenidən tarix yazır, zəfərləri üzərinə yeni parlaq zəfərini əlavə edir. Bu tarixin, bu parlaq zəfərin banisi, memarı, yazanı, yaradanı yenə də ölkə Prezidenti cənab İlham Əliyevdir. Belə ki, dövlət başçımız fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində onun və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunan panel müzakirələrində son dərəcədə məntiqli, arqumentli, sərrast, yalnız və yalnız tarixi həqiqətlər və faktlar üzərində qurulan mövqeyi, fikirləri ilə bir daha işğalçı və təcavüzkar Ermənistana, onun populist, avantürist, hər şeydən bixəbər baş nazirinə sarsıdıcı, ölümcül diplomatik-ziyasi zərbəsini endirdi. Valday qələbəsinin, Aşqabad zəfərinin üzərinə bu dəfə Münxen uğurunu əlavə etdi.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva deyib.

“Cənab İlham Əliyev bir daha erməni yalanlarını puç və ifşa etdi, Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasətini dünyaya bir daha olduğu kimi, çatdırdı”-deyən K.Əliyevanın sözlərinə görə, dünya bir daha gördü və əyan oldu ki, işğalçı kimdir, işğala məruz qalan kim, təcavüzkar kimdir, təcavüzə məruz qalan kim, Qarabağ kimindir, Qarabağı zorla, güclə, həyasızlıqla özünə ilhaq etməyə çalışan dövlət hansı dövlətdir.

Bütün dünya ictimaiyyəti, beynəlxalq birlik işğal altında olan Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi, tarixi ərazisi olduğunu və Azərbaycanın da bu məsələdə bir qarış olsun belə, geri çəkilməyəcəyini, güzəştə getməyəcəyini bildi, duydu. Ölkə Prezidenti bir daha tarixi Azərbaycan torpaqları üzərində Ermənistan adlı dövlətin mövcudluğunu bildirərək, Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaranmasının yolverilməzliyini və buna yol verilməyəcəyini gur səslə bəyan etdi. Bir sözlə, Münxen müzakirələri ermənilərin, Ermənistanın fiaskosu, Paşinyanın rəzaləri oldu. Odur ki, bu tarixi qələbəyə, növbəti parlaq zəfərə görə, bir daha cənab İlham Heydər oğlu Əliyevə minnətdarlığımızı bildirir, ona Qarabağımızın işğaldan qurtulması kimi, ağır və çətin bir məsələdə uğurlar arzulayırıq. İnanırıq və qəti əminik ki, Ali Baş Komandanımız rəhbərliyi ilə Qarabağımızın, işğalda olan ərazilərimizin azad olunacağı gün uzaqda deyil. Ya siyasi-diplomatik yolla, ya da hərb variantı ilə bu arzumuzu mütləq gerçəkləşdirəcəyik. Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır. Bunu hər kəs, xüsusilə də, düşmənlərimiz, onların havadarları bilsinlər və agah olsunlar!”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Əsas diqqət seçki olsun…” – LƏMAN ƏLƏŞRƏFQIZIDAN KİV-LƏRƏ, HƏMKARLARINA İRAD…

Read Next

“Hələ vaxtımız var, şikayətlərə ciddi şəkildə baxılacaq və müvafiq qərar qəbul ediləcək” -MƏZAHİR PƏNAHOV – MSK BU GÜN HEÇ BİR DAİRƏNİN NƏTİCƏSİNİ LƏĞV ETMƏDİ – YENİLƏNİB – (10)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir